Modern.az

“Qalatasaray”ın ölüm-dirim oyunu: “Aslan” “Qoca Senyoran”ı ram edəcəkmi?

“Qalatasaray”ın ölüm-dirim oyunu: “Aslan”  “Qoca Senyoran”ı ram edəcəkmi?

10 Dekabr 2013, 12:15


Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu turuna start veriləcək. İlk qarşılaşma günündə A, B, C və D qruplarında oyunlar keçiriləcək. Azərbaycan azərkeşlərinin maraqla gözlənidiyi qarşılaşma Türkiyədə baş tutacaq. 
“Yuventus”u qəbul edən  “Qalatasaray” əsl ölüm-dirim mübarizəsinə çıxacaq. Belə ki, 4 xalı olan “Sarı-qırmızılılar” turu keçmək üçün mütləq qələbə qazanmalıdır.

Digər maraqlı oyunlar A qrupunda  “Mançester Yunayted”- “Şaxtyor Donetsk” və “Real Sosyedad”-“Bayer Leverkuzen” qarşılaşmalarıdır. “Şaxtyor Donetsk” qələbə qazanacağı halda növbəti tura vəsiqə əldə edəcək. Əks təqdirdə “Bayer-Leverkuzen”-in qələbəsi onu tura aparacaq.

Modern.az bu axşam baş tutacaq bütün oyunları sizlərə təqdim edir:

A qrupu:

“Mançester Yunayted”- “Şaxtyor Donetsk”
“Real Sosyedad”-“Bayer Leverkuzen”

B qrupu:

“Kopenhagen”-“Real Madrid”
“Qalatasaray”-“Yuventus”

C qrupu:

“Benfika”-“PSJ”
“Olimpiakos”-“Anderlext”

D qrupu:

“Bavariya”-“Mançester Siti”
“Viktoriya Pizen”-ÇSKA Moskva”

Qeyd edək ki, baş tutacaq bütün oyunlar Bakı vaxtı ilə 23:45-də keçiriləcək.

Rafiq Qənbərov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır