Modern.az

Deputatların maaşı artırılır - YENİLƏNİB

Deputatların maaşı artırılır - YENİLƏNİB

10 Dekabr 2013, 12:29

Azərbaycan Milli Məclisinin deputatlarının əmək haqları artırılacaq. Bu, dekabrın 17-də Milli Məclisdə müzakirəyə çıxarılacaq “Milli Məclis deputatının statusu haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi nəticəsində baş verəcək.

Milli Məclisin üzvü Fazil Mustafa Modern.az saytına bildirib ki, deputatlar parlament sədrinin əmək haqqının 70 faizi, komitə sədrləri isə 80 faizi həcmində maaş alırlar:

“Qanun layihəsi ilə tam tanış olmasam da, burada əsasən müavinətlərdə müəyyən artımlar nəzərdə tutulmalıdır”.

“Əgər sədrin maaşı qaldırılırsa, bu, deputatlara da şamil edilir. Sadəcə, qanun layihəsində sədrin əmək haqqının qaldırılması göstərilir, buna uyğun artım deputatlara da aid ediləcək”-deyə Fazil Mustafa bildirib.

***

Qeyd edək ki, Milli Məclisin sədri hazırda 1950 manat maaş alır. Parlamentin digər üzvlərinin də maaşı spikerin əməkhaqqına uyğun hesablanır. Belə ki, I vitse-spiker Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini 85 faizi, Milli Məclisin komitə sədri 80 faizi, Milli Məclisin komitə sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə 70 faizi həcmində əmək haqqı alır.

Beləliklə, parlamentarilər üçün maaşların artımı aşağıdakı kimi olacaq:

Milli Məclisin sədri 1950 manatdan - 2250 manata;
 I müavin 1755 manatdan - 2025 manata;
Sədr müavini 1650 manatdan - 1912 manata;
Komitə sədri 1560 manatdan - 1800 manata;
Komitə sədrinin müavini 1462 manatdan - 1687 manata;
Sıravi deputat 1365 manatdan - 1575 manata

“Milli Məclis deputatının statusu haqqında” qanuna əlavə və dəyişikliklər bu il dekabrın 1-dən qüvvəyə minəcək.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...