Modern.az

Qarabağda evini kirayə verib Bakıya qayıdanlarla bağlı AÇIQLAMA

Qarabağda evini kirayə verib Bakıya qayıdanlarla bağlı AÇIQLAMA

20 Sentyabr 2024, 13:52

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun Sus kəndinə qayıdan məcburi köçkünlərin evlərini kirayə verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Modern.az-ın məlumatına görə, Dövlət Komitəsindən APA-ya bildirilib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair I Dövlət proqramına əsasən, Komitə məcburi köçkünlərin köçürülməsi ilə məşğul olur.

 

“Qarabağ və Şərqi Zəngəzurda yaşayış sahələrinin istismarı qaydalarını yoxlamaq Dövlət Komitəsinin səlahiyyətində deyil”, - qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu