Dekabrın 9-na keçən gecə Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisindəki 89 saylı Poctdan pənçərədən girmək yolu ilə içərisində 1500 manat dəyərində danışıq kartları, 300 dollar, 339 manat pul və möhür olan seyf oğurlanıb.
DİN-in məlumatına görə, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakinləri Məhəmməd Əsgərov, Nicat Atababayev, əvvəllər məhkum olunmuşlar Ziya Baqautdinov və Sübhan Rüstəmov tutulublar.
Modern.az