Modern.az

Hindistan Ukraynaya silah tədarükü ilə bağlı xəbərləri təkzib etdi

Hindistan Ukraynaya silah tədarükü ilə bağlı xəbərləri təkzib etdi

Dünya

21 Sentyabr 2024, 11:22

Hindistan Ukraynaya sursat tədarükü ilə bağlı xəbərləri təkzib edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Qurum xəbərləri "spekulyativ" və "yanıltıcı" adlandırıb . Açıqlamada vurğulanır ki, Hindistan silahların yayılmaması ilə bağlı “beynəlxalq öhdəliklərə qüsursuz şəkildə əməl edir”.

 

Bir gün əvvəl "Reuters" agentliyi bildirib ki, Hindistanın silah istehsalçıları tərəfindən satılan artilleriya mərmiləri avropalı alıcılar tərəfindən Ukraynaya yönləndirilir və Moskvanın etirazlarına baxmayaraq Yeni Dehli bu vəziyyətə müdaxilə etməyib.

Bu xəbər ilə bağlı
Hindistan Aİ vasitəsilə Ukraynaya sursat yollayır? - Moskva Dehlidən narazıdır...
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!