Modern.az

Gürcüstanda hər iki şirkətdən biri mütəxəssis və işçi qüvvəsi çatışmazlığı YAŞAYIR

Gürcüstanda hər iki şirkətdən biri mütəxəssis və işçi qüvvəsi çatışmazlığı YAŞAYIR

Dünya

21 Sentyabr 2024, 11:50

Gürcüstanda hər ikinci şirkət mütəxəssis çatışmazlığından şikayət edir.

 

Modern.az xəbər verir ki, bu, 2024-cü ilin üçüncü rübü üçün Gürcüstan Biznes Assosiasiyasının indeks məlumatlarında qeyd olunub.

 

Məlumata görə, sorğuda iştirak edən şirkətlərin 49%-i üçün biznes fəaliyyətini məhdudlaşdıran amillər var:

 

- mütəxəssis çatışmazlığı (54%-i üçün problemdir);

- iş qüvvəsinin çatışmazlığı (42%);

- hüquqi və inzibati maneələr (40%);

- milli valyutanın məzənnəsinin qeyri-sabitliyi (32%);

- məhdud maliyyə resursları (12%).

 

Əvvəlki rüblə müqayisədə lari məzənnəsinin qeyri-sabitliyi problemi 27 faiz azalıb, mütəxəssis çatışmazlığı problemi isə daha da pisləşib (7 faiz).

Sizə yeni x var
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!