Modern.az

“Müsavat Cəmil Həsənli ilə məsləhətləşmələr aparır”

“Müsavat Cəmil Həsənli ilə məsləhətləşmələr aparır”

10 Dekabr 2013, 13:56

“Yəqin ki, Müsavat Partiyası Cəmil Həsənli ilə məsləhətləşmələr aparır. Bilirsiniz ki, Cəmil Həsənli ilə Rüstəm İbrahimbəyov arasında mütəmadi telefon danışıqları olur. Hər halda məsləhətləşmələr gedir”.

Bunu Modern.az-a açıqlamasında “El” Hərəkatı Ali Məclisinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev deyib. Onun sözlərinə görə, Müsavat Partiyasının Rüstəm İbrahimbəyovla bağlı mövqeyi doğru deyil:

“Bütün lazımsız ambisiyaları kənara qoyub, bizi ayıran məsələləri deyil, birləşdirən məsələləri müzakirə etmək lazımdır. Səs gələn tərəfə deyil, işıq gələn tərəfə getməliyik. Yəqin ki, Müsavat Partiyası da bu yöndə müzakirələri davam etdirəcək. Partiyanın Rüstəm İbrahimbəyovla bağlı arqumentləri doğru deyil. Sözləri varsa, desinlər. Özləri bilərlər. Hər halda Müsavat nüfuzlu partiyadır, düşünülmüş qərar verəcəklər. Ümumiyyətlə, korporativ maraq milli maraqla üst-üstə düşməyəndə istər-istəməz həmin partiyanın üzvləri möhtəkir maraqlara meyllənirlər. Bu da son nəticədə həmin partiyanın iflası ilə nəticələnir. Mənə elə gəlir, Müsavat Partiyasında kifayət qədər ağıllı insanlar var və dediklərimi başa düşərlər”.

E. Quliyev qeyd edib ki, Milli Şuranın dekabrın 15-də keçiriləcək mitinqində “El” də iştirak edəcək: “Milli Şura kimi bir təşkilatın yaradılması xalqda inam yaratdı. Bu mitinq əslində  bahalaşma ilə bağlı deyil, xalqın Milli Şura ilə birlikdə haqsızlığa qarşı çiyin-çiyinə mübarizəsidir”.

İlkin PİRƏLİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK