Modern.az

Dövlət Sosial Müdafiə Fondunun yeni sədri ilk tədbirini keçirdi

Dövlət Sosial Müdafiə Fondunun yeni sədri ilk tədbirini keçirdi

10 Dekabr 2013, 14:30

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda mərhum dövlət başçısı Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib. Mərasim iştirakçıları əvvəlcə inzibati binanın foyesində  Heydər Əliyevin büstünün önünə əklil qoyublar, onun əziz xatirəsini ehtiramla yad ediblər. Tədbirdə çıxış edən DSMF sədri Elman Mehdiyev Azərbaycan dövlətinin memarı və qurucusu böyük siyası xadim Heydər Əliyevin ölməz ideyaları, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətləri barədə danışıb.

DSMF sədri bildirib ki, dahi şəxsiyyətin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi inkişaf siyasətinin onun varisi tərəfindən mövcud reallıqları nəzərə almaqla gerçəkləşdirilməsi nəticəsində Azərbaycanda insanların sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar yaradılıb, beynəlxalq standartlar əsasında sosial müdafiə sistemi formalaşdırılıb.  Daha sonra tədbirdə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edib. O, Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafı, ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində gördüyü işlərdən danışıb. Digər çıxış edənlər Heydər Əliyev tərəfindən əsası qoyulan sığorta-pensiya islahatlarına toxunaraq, əmək pensiyaçılarının  həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində qəbul edilən qərarlardan bəhs ediblər. 

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirilib.



Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK