Modern.az

Lapşin Ermənistanda sərbəst buraxıldı

Lapşin Ermənistanda sərbəst buraxıldı

Dünya

21 Sentyabr 2024, 22:15

İrəvan hava limanında saxlanılan israilli bloqer Aleksandr Lapşin sərbəst buraxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun vəkil Ruben Melikyan bildirib.

 

Onun sözlərinə görə, Lapşin Belarusun tələbi ilə saxlanılıb. Melikyan deyib ki, Lapşinin saxlanılması və sonradan azad edilməsi ilə bağlı vəsatət Ermənistan prokurorluğu tərəfindən qəbul edilib.

 

Ermənistan baş prokurorunun müşaviri Lusine Martirosyan Lapşinin Belarusun hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması əsasında saxlanıldığını təsdiqləyib.

 

***

20:29

İsrailli bloger Aleksandr Lapşin Ermənistana buraxılmayıb.

 

Modern.az xəbər verir ki, Lapşin və həyat yoldaşı İrəvanın "Zvartnots" Aeroportunda sərhədçilər tərəfindən saxlanılıblar. Ona Ermənistana girişin qadağan olduğu bildirilib.

 

Lapşin sosial mediada açıqlamasında bildirib ki, sərhədçilər onun pasportunu alıblar və Aeroportdakı polis bölməsinə getməsini deyiblər. Lakin o, polis bölməsinə getməkdən imtina edib. Pasportunu isə hələlik qaytarmayıblar.

 

Saxlanma səbəbi barədə hələlik rəsmi açıqlama yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!