Modern.az

İdmançılarımız dünya çempionu oldular

İdmançılarımız dünya çempionu oldular

21 Sentyabr 2024, 21:12

Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən dünya çempionatında növbəti medalı qazanıblar.

 

Modern.az xəbər verir ki, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü balans hərəkətlərinin icrasında yüksək nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Onlar daha əvvəl qarışıq hərəkətlərdə birinci yeri tutublar.

 

Qeyd edək ki, ötən gün akrobatika yığmamız komanda hesabında gümüş mükafata layiq görülüb. Dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu