İranın Şimali Xorasan bölgəsində zəlzələ nəticəsində 28 nəfər yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə Şimali Xorasanın Fövqəladə Vəziyyət Xidmətinin rəhbəri bildirib.
Onun sözlərinə görə, zərərçəkmişlərdən 12-si xəstəxanaya yerləşdirilib.
***
17:30
İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ olub.
Modern.az-ın xəbərinə görə, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 16.13 radələrində Bocnurd şəhərində qeydə alınan zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.