Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquqi məsələlər idarəsinin rəisi Seyid Əli Musəvi ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan səfirliyinin mətbuat xidməti bildirib.
Görüşdə ikitərəfli hüquqi məsələlərə dair müzakirələr aparılıb.