Modern.az

Kürdəmirdəki yanğınla bağlı rəsmi açıqlama 

Kürdəmirdəki yanğınla bağlı rəsmi açıqlama 

Hadisə

22 Sentyabr 2024, 23:17

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kürdəmir rayonunun Qarabucaq kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus fərdi yaşayış evinə bitişik yardımçı tikilidə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən bitişik tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində yardımçı tikilinin yanar konstruksiyaları 95 kv.m. sahədə və damına yığılmış 7 ton ot bağlaması yanıb.

 

Bitişik tikililər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU