Modern.az

Deputatdan siyasi partiyalara xəbərdarlıq: “Siyasi iddiası olanın hüquqi ünvanı da olmalıdır”

Deputatdan siyasi partiyalara xəbərdarlıq: “Siyasi iddiası olanın hüquqi ünvanı da olmalıdır”

10 Dekabr 2013, 15:15

“Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” Qanuna dəyişiklik ediləcək. Qanuna dəyişikliyin müsbət cəhəti ondan ibarətdir ki, bizim hüquqi şəxslərlə əcnəbi hüquqi şəxslər arasında bir hüquq bərabərliyi təmin olunur”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfail Cəbrayılov deyib.

“Bilirsiz, siyasi partiyaları da idarə edənlər hüquqi şəxslərdir. Ona görə də hüquqi şəxsin ünvanın olması vacib məsələdir. Siz pasport qeydiyyatı olmayan insan təsəvvür edirsiniz? Bu, absurd bir şeydir. Yaxşı, o partiyanı harada axtarmaq lazımdır? Zəhmət çəkərlər, hansının evi varsa, onu qeydiyyata aldırarlar. Ünvan olmalıdır, ən azından partiyaya bir dəvətnamə göndəriləndə ünvan bilinməlidir. Mülki Məcəlləyə görə, hüquqi şəxsi hüquqi baxımdan xarakterizə edən komponentlərindən biri də onun hüquqi ünvanıdır. Sual verə bilərsiz ki, bəs indiyə qədər niyə yox idi? Siz bunu irad tutmalısınız. Bu məsələlər ona görə ləngiyib ki, müstəqilliyin kövrək dövrləri idi, onları cəlb etmək üçün ciddi tələblər irəli sürülmürdü”.

R. Cəbrayılov qeyd edib ki, qanuna edilən dəyişiklikliyin tətbiq edilməsində heç bir problem olmayacaq:

“Burada heç bir problem yoxdur. Siyasi partiya idarə edən, hakimiyyətə gəlməkdə iddialı olan bir qurum ünvan göstərə bilmirsə, niyə fəaliyyət göstərir, mənasız yerə insanları niyə məşğul edirlər ki?! Hər bir siyasi partiyanın ünvanı olmalıdır”.

İlkin PİRƏLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK