Modern.az

Silahla ehtiyatsız davranan leytenant həlak oldu 

Silahla ehtiyatsız davranan leytenant həlak oldu 

Ölkə

23 Sentyabr 2024, 07:57

Sentyabrın 22-də Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib. 

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 23 yaşlı leytenant xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

 

Xəstəxanaya çatdırılan hərbi qulluqçu göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib. 

 

Faktla bağlı araşdırma aparılır. 

 

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu