Modern.az

Yaşayış binasında partlayış - Xəsarət alan var

Yaşayış binasında partlayış - Xəsarət alan var

Hadisə

23 Sentyabr 2024, 10:12

Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.

 

Partlayış zamanı 84 yaşlı Orucova Paxlinanın yüngül xəsarət aldığı bildirilir.

 

Hadisə yerinə FHN-in əməkdaşları və təcili-tibbi yardım briqadası cəlb olunub. Partlayışın təsirindən mənzilin pəncərələri qırılıb, nəticədə binanın qarşısında dayanmış “VAZ 2107” markalı avtomobilə ziyan dəyib.

 

Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI