FHN-in "112" qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Modern.az-a FHN-dən məlumat verilib.
Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yaşayış evlərinin yaxınlığında məişət tullantılarının yandığı müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
***
11:04
Bakının Binəqədi rayonun Xocəsən qəsəbəsində güclü yanğın başlayıb.
Modern.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Həmin görüntüləri təqdim edirik: