Modern.az

Karateçilərimiz beynəlxalq yarışda qızıl və gümüş medallar qazandılar

Karateçilərimiz beynəlxalq yarışda qızıl və gümüş medallar qazandılar

İdman

23 Sentyabr 2024, 11:03

Yeniyetmə karateçilərimiz 3 medalla vətənə qayıdır.

Modern.az xəbər verir ki, sentyabrın 20-dən 22-dək Macarıstanın paytaxtı Budapeştdə karate üzrə keçirilən beynəlxalq turnir yekunlaşıb.

Turnirin turnirin ilk günündə kata üzrə yeniyetmələr arasında (14-15 yaş) Şəlalə Rüstəmova bütün rəqiblərinə qalib gələrək qızıl medal, gənclər arasında (16-17 yaş) Ramilə Heydərova gümüş medal, yeniyetmə oğlanlar arasında (14-15 yaş) Raul Səfərəliyev +70 kq çəki dərəcəsində  gümüş medal qazanaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Budapeşt Open" Beynəlxalq Karate turnirində 42 ölkədən 2191 iştirakçı medallar uğrunda mübarizə aparıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu