Modern.az

Milli Məclisin yeni komitə sədrləri - TAM SİYAHI

Milli Məclisin yeni komitə sədrləri - TAM SİYAHI

Parlament

23 Sentyabr 2024, 13:00

VII Çağırış Milli Məclisin ilk iclasında parlamentin komitə sədrləri seçilib.

 

Modern.az-ın məlumatına görə, parlamentin yeni komitə sədrləri aşağıdakılardır:

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi - Azər Əmiraslanov

Elm və təhsil komitəsi - Anar İskəndərov

Regional məsələlər komitəsi - Siyavuş Novruzov

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi - Arzu Nağıyev

İnsan hüquqları komitəsi - Zahid Oruc

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi - Sadiq Qurbanov

Aqrar siyasət komitəsi - Tahir Rzayev

Əmək və sosial siyasət komitəsi - Musa Quliyev

Mədəniyyət komitəsi - Polad Bülbüloğlu

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi - Səməd Seyidov

Səhiyyə komitəsi - Əhliman Əmiraslanov

Ailə, qadın və uşaq məsələləri komitəsi - Hicran Hüseynova

Gənclər və idman komitəsi - Şahin İsmayılov

İctimai birliklər və dini qurumlar komitəsi - Fazil Mustafa

Hüquq siyasəti və dövlət quruculuğu - Əli Hüseynli.

 

Sonra komitə sədrlərinin müavinləri də təsdiqlənib.

 

Bununla da yeddinci çağırış Milli Məclisin birinci iclası başa çatıb.

***

12:54

 

Yeddinci çağırış Milli Məclisin ilk plenar iclasında komitələrin sədrləri müəyyənləşib.

 

Modern.az xəbər verir ki, ilk olaraq Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri seçilib.

 

Belə ki, hakim Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edən deputat Əli Hüseynli yenidən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri vəzifəsinə təsdiqlənib.

 

O, VI çağırış Milli Məclisdə spikerin müavini və sözügedən komitənin sədri olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər