Türkiyədə məşhur rejissor, ssenarist və prodüser Tomris Giritlioğlu dünyasını dəyişib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət xərçəng xəstəliyindən müalicə olunan Giritlioğlu 67 yaşında vəfat edib.
Qeyd olunub ki, bu itki türk kinosunda dərin iz buraxıb.
Tomris Giritlioğlu 1957-ci ildə Konyanın Kadınhanı rayonunda anadan olub. Hataylı bir ailədə böyüyüb. Uşaqlığının ilk illərini Adanada keçirib.