Modern.az

“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi

“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi

Media

23 Sentyabr 2024, 15:19

“Qanunvericiliyin tələblərinə uyğun olaraq, 20 ilə yaxındır ki, rəhbərlik etdiyim “Xalq cəbhəsi” qəzetinin baş redaktoru statusu ilə vidalaşmalı oldum”.

 

Modern.az xəbər verir ki, bunu VII çağırış Milli Məclisin deputatı seçilən Elçin Mirzəbəyli bildirib.

 

“Artıq “Xalq cəbhəsi” qəzetinə və qəzetin eyniadlı saytına 11 ildir mənimlə eyni sırada addlmlayan həmkarım, istedadına, daxili mədəniyyətinə və zəhmətsevərliyinə sayğı duyduğum Əli Zülfüqaroğlu rəhbərlik edir”, - E.Mirzəbəyli əlavə edib.

 

Elçin Mirzəbəyli 90 Saylı Ağsu Seçki Dairəsindən deputat seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu