Modern.az

“Qarabağ”ın futbolçuları İngiltərəyə yola düşdü

“Qarabağ”ın futbolçuları İngiltərəyə yola düşdü

İdman

23 Sentyabr 2024, 16:16

“Qarabağ”ın UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda “Tottenhem”lə oyun üçün İngiltərəyə səfər planı bəlli olub.

Klubdan Modern.az-a verilən məlumata görə, Ağdam təmsilçisi Londona sentyabrın 24-də çarter reysi ilə yollanacaq. Komandanı aparan təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxacaq.

“Qarabağ”ın monteneqrolu müdafiəçisi Marko Veşoviç zədə səbəbindən matçda iştirak edə bilməyəcək.

Azərbaycan çempionu oyundan dərhal sonra Bakıya qayıdacaq.

Qeyd edək ki, sentyabrın 26-da Londondakı “Tottenhem Hotspur” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu