Modern.az

Ceyhun Bayramov həmkarı ilə sülhdən danışdı

Ceyhun Bayramov həmkarı ilə sülhdən danışdı

Aktual

23 Sentyabr 2024, 21:39

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Portuqaliyanın xarici ilər naziri Paulo Rangel ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım edilib.

 

Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin məsələləri, həmçinin iqtisadiyyat, investisiyalar, enerji təhlükəsizliyi, bərpa olunan enerji, nəqliyyat və rabitə sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

 

Portuqaliyanın xarici işlər nazirinə Azərbaycanın regionda münaqişədən sonrakı reallıqlar, yenidənqurma və sülh təşəbbüsləri barədə məlumat verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi