Meydanı qoruyub saxlamaq və partizan həmlələri etmək lazımdır. Modern.az saytının məlumatına görə, bunu “Batkivşina” fraksiyasının lideri Arsen Yatsenyuk ötən gecə xüsusi təyinatlıların, hərbçilərin və milisin Kiyevdəki Azadlıq meydanında uzun müddətdir keçirilən etiraz aksiyalarının dağıdılması cəhdindən sonra deyib. Onun sözlərinə görə, meydanı itirmək olmaz: “İndi bizim taktika meydanda qüvvələri cəmləşdirmək və meydanın dağıdılmasına imkan verməməkdir”.
O, Avropa meydandakı insanları qorxmamağa da çağırıb.
Modern.az