Modern.az

Deputat seçilən daha bir məmur işdən ÇIXARILDI

Deputat seçilən daha bir məmur işdən ÇIXARILDI

24 Sentyabr 2024, 12:04

Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Rövşən Muradov vəzifəsindən azad edilib.
 

Modern.az-ın əldə etdiyi məlumata görə, buna səbəb onun VII çağırış Milli Məclisə deputat seçilməsidir.
 

Qeyd edək ki, Rövşən Muradov 121 saylı Laçın seçki dairəsindən deputat seçilib. O, parlamentdə YAP-ı təmsil edir.

 

Xatırladaq ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi növbədənkənar seçkilərin nəticələri təsdiqləyib.

 

Ötən gün isə 7-ci çağırış Milli Məclisin ilk iclası keçirilib. İclasda parlamentin sədri, müavinləri və komitə sədrləri seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər