Modern.az

İsrailin Livana hücumu bütün Yaxın Şərqi ağuşuna alacaq - Türkiyəli general

İsrailin Livana hücumu bütün Yaxın Şərqi ağuşuna alacaq - Türkiyəli general

Analitika

24 Sentyabr 2024, 13:16

İsrail Livana qarşı hərbi hücumlara başlayıb. İsrailin Livana endirdiyi aviazərəbələr nəticəsində ölənlərin sayı 500-ə çatıb. Bundan əlavə, İsrailin Beyrut və Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində azı 1645 nəfər yaralanıb. 

Bütün bunların fonunda ABŞ administrasiyası Yaxın Şərqə əlavə kiçik hərbi kontingentini göndərmək qərarına gəlib. Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder məlumat yayıb. Onun sözlərinə görə, buna səbəb Yaxın Şərq regionunda gərginliyin artmasıdır.
 

Yaxın Şərqdə nə baş verir? Proseslərin nəticəsi nə olacaq?
 

Türkiyəli general Yücel Karauz Modern.az saytına bildirib ki, Yaxın Şərq bugünkü mənzərəyə təqribən 10-15 ildir hazırlaşır:
 

"Qəzzada, İordan çayının qərb sahili və Livanda olanlar nəticədir. Artıq proseslər son mərhələyə gəlib. Bunun ilk mərhələsi İraqın işğalı, ikinci mərhələsi Suriyanın destabilizasiyasıydı. İndi isə üçüncü mərhələ gedir. Təbii ki, Yaxın Şərqdə baş verən hadisələr böyük dünya müharibəsinin regional əksidir. Çin-Tayvan, Ukrayna-Rusiya  münaqişələri də böyük dünya müharibəsinin digər təzahürləridir. İsrail növbəti həmləsini edərək, Livana qarşı hərbi əməliyyatları bu gün-sabah genişləndirəcək. Livanı da "Hizbullah"dan ayırıb, onu təsirsiz hala gətirəcək. Qəzzanı insansızlaşdırıb, yeni status yaradacaq. Beləliklə, bu proses qanlı formada qısa müddətdə bitməyəcək şəkildə davam etdiriləcək. Müharibə vəziyyəti yaradılacaq".

Türkiyəli general vurğulayıb ki, müharibə bütün Yaxın Şərqə təsir edəcək:
 

"Təbii ki, müharibənin Livana, "Hizbullah"a, Suriyanın Golan təpələrinə sıçraması başda Türkiyə, İordaniya və Misir olmaqla bütün region ölkələrinə, eləcə də yaxın olmamağına baxmayaraq İrana da təsirli olacaq. Hətta müharibə dar çərçivədə Misirə də sıçraya bilər. Nəticə əvvəldən planlaşdırılan, pillə-pillə ortaya qoyulan, mövcud strateji balansı da arxasına alan İsrailin "mən etdim, oldu" zehniyyətinin təzahürüdür. Bu, həm HƏMAS-ı, həm də "Hizbullah"ı zərərsiz hala gətirmək, bölgənin enerji və logistik xətlərini ələ keçirmə layihəsidir. Proses çox qanlı və amansız şəkildə davam edəcək. Sadəcə, İran və Livan yox, bütün Yaxın Şərq ölkələri bu prosesdən təsirlənəcək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər