Dekabrın 10-da axşam saatlarında Ermənistan Silahlı Qüvvələrində daha bir ölüm hadisəsi baş verib. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, yerli vaxtla saat 18:10-da “N” saylı hərbi hissənin ərazisində sıravi əsgər Vaniçki Ovakimyanın meyiti aşkarlanıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əsgər aşağı çənə hissəsindən güllə yarası alıb.
Modern.az