Tərtər rayonunda qardaşı Abil Əliyevi öldürən Sədi Əliyevin işi üzrə ibtidai istintaq yekunlaşıb.
Modern.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar araşdırılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Roman Ələkbərlinin sədrlik etdiyi heyət tərəfindən baxılacaq.
Sədi Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə hakim qarşısına çıxarılacaq.
Xatırladaq ki, iyunun 14-də Tərtər rayonu ərazisində 1992-ci il təvəllüdlü Əliyev Abil Mətləb oğlunu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən, A.Əliyevin qardaşı 1991-ci il təvəllüdlü Əliyev Sədi Mətləb oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.