Modern.az

Sahibə Qafarova Simonyanla yenidən görüşəcək

Sahibə Qafarova Simonyanla yenidən görüşəcək

24 Sentyabr 2024, 19:25

Milli Məclisin spikeri Sahibə Qafarova Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Parlamentlərarası İttifaqın (Pİ) mətbuat katibi Tomas Fitsimons məlumat verib.

 

O bildirib ki, görüş oktyabrda Cenevrədə baş tutacaq.

 

Qeyd edək ki, oktyabrın 13-dən 17-dək Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu Assambleyası keçiriləcək.

 

Spikerlərin görüşünün dəqiq tarixi hələ açıqlanmayıb. 

 

Xatırladaq ki, tərəflər arasında sonuncu görüş mayın 16-da Cenevrədə baş tutub. 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər