Modern.az

“Gənclərin mədəniyyətlər və dinlərarası dialoqda rolu” adlı tədbir başa çatdı

“Gənclərin mədəniyyətlər və dinlərarası dialoqda rolu”  adlı tədbir başa çatdı

11 Dekabr 2013, 10:26

Modern.az xəbər verir ki, bir neçə gün bundan öncə Azərbaycanda keçirilməyə başlayan “Gənclərin mədəniyyətlər və dinlərarası dialoqda rolu” adlı beynəlxalq tədbiri başa çatdı.  

Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı və Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramının maliyyə dəstəyi ilə baş tutan beynəlxalq tədbirin başlanış mərasimində iştirakçı gənclərin fikirləri öyrənilib və onlara müvafiq şəhadətnamələr təqdim olunub. Mərkəzin informasiya bölməsinin rəhbəri Qızılgül Teyyubova çıxış edərək, tədbirin əhəmiyyəti, keçirilmiş görüşlər və onların nəticələri barədə məlumat verib. O qeyd edib ki, ölkəmizdə qonaq olan gənclər bu tədbir çərçivəsində Azərbaycanda hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, insanların mədəni-mənəvi dəyərlərinə və dinlərinə ciddi şəkildə hörmət edildiyini öz gözləri ilə müşahidə edə bildilər. 

Tədbirdə iştirak edən əcnəbi gənclər də çıxış edərək, Azərbaycanın müxtəlif dəyərlərin bir araya gəldiyi tolerant ölkə olduğunu, burada müsəlmanların, xristianların və başqa dinlərin nümayəndələrinin bir yerdə sülh və əmin-amanlıq şəraitində yaşamalarını təqdirəlayiq hal kimi qeyd eediblər.  

Qeyd edək ki, tədbirin əsas məqsədi müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun qurulmasına dəstək vermək, bu prosesdə gənclərin aktiv iştirakını təmin etmək və bu sahədə mövcud olan təcrübələrin bölüşməsi üçün uyğun şəraitin yaradılması idi. Tədbirdə Avstriya, Türkiyə, Danimarka, Böyük Britaniya, Bolqarıstan, Hollandiya, Moldova, Ukrayna və Gürcüstan kimi ölkələrdən iştirakçılar təmsil olunurdu.

 

 


  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK