Modern.az

Ərdoğan Paşinyanla GÖRÜŞDÜ - Nədən danışdılar? 

Ərdoğan Paşinyanla GÖRÜŞDÜ - Nədən danışdılar? 

25 Sentyabr 2024, 00:25

Xəbər verdiyimiz kimi, Nyu Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.

 

Modern.az-ın məlumatına görə, görüş zamanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələləri, o cümlədən Bakı ilə İrəvan arasında sülh prosesləri müzakirə edilib.

 

Türkiyə lideri Ermənistan və Azərbaycan arasında daimi sülhün bərqərar olmasının tərəfdarı olduğunu qeyd edib və Türkiyə ilə Ermənistan arasında normallaşma istiqamətində mühüm irəliləyişlərin əldə olunduğunu vurğulayıb.

 

***

23:39

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

 

Qeyd olunub ki, görüş Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərindəki “Türkevi”ndə baş tutub.

Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı