Modern.az

“Putinin müharibəsi əsas məqsədinə çatmayıb" - Bayden

“Putinin müharibəsi əsas məqsədinə çatmayıb" - Bayden

25 Sentyabr 2024, 00:49

ABŞ prezidenti Co Bayden BMT Baş Assambleyasında çıxış edib.

 

Modern.az-ın məlumatına görə, bu, onun dövlət başçısı kimi sonuncu çıxışı olub.

 

Bayden bildirib ki, Rusiya prezidenti Vladimir Putinin apardığı müharibə öz məqsədlərinə nail ola bilməyib, lakin bu, Ukraynaya dəstəyin davam etdirilməsi zərurətini inkar etmir.

 

“Putinin müharibəsi əsas məqsədinə çatmayıb. O, Ukraynanı məhv etməyə çalışırdı, amma Ukrayna hələ də azaddır. O, NATO-nu zəiflətməyə çalışdı, lakin NATO iki yeni üzvlə əvvəlkindən daha böyük, daha güclü və daha vahiddir: Finlandiya və İsveç."

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı