Modern.az

Nazirlik bağça müdirini cərimələdi, məhkəməyə müraciət etdi

Nazirlik bağça müdirini cərimələdi, məhkəməyə müraciət etdi

Ölkə

25 Sentyabr 2024, 09:03

Füzulinin 9 saylı körpələr evi uşaq bağçasının müdiri Ülviyyə Əjdərzadə cərimələnib.

 

Modern.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi bağçanın müdiri barədə protokol cərimələnib.

 

Qeyd edək ki, direktor İnzibati Xətalar Məcəlləsinin 192.4-cü(işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsi ilə ittiham edilib.

 

Bağçanın müdiri cərimə ilə bağlı Füzuli rayon Məhkəməsinə müraciət edib.

 

İşə hakim Səkinəxanım Məmmədlinin sədrliyi ilə baxılacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI