Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanovun işi üzrə aparılan axtarışlar zamanı külli miqdarda nağd pul tapılıb.
Modern.az xəbər verir ki, bu barədə rəsmi məhkəmə sənədlərində bildirilir.
“Ria Novosti”nin məlumatına görə, məhkəmə sənədlərində “Yaşayış və iş yerində aparılan axtarışlar zamanı külli miqdarda pul aşkar edilib” qeydləri əks olunub. İstintaq hesab edir ki, külli miqdarda pul onun qanunsuz mənşəyindən xəbər verir.
Xatırladaq ki, Timur İvanov üç kursant korpusunun tikintisi zamanı pulları talamaqda və mənimsəməkdə ittiham olunur. Hüquq-mühafizə orqanlarının məlumatına görə, dəyən ziyan 2 milyard rubldan çox olub. Hazırda həbsdə olan İvanov günahını rədd edir.