Modern.az

Sumqayıt İcra Hakimiyyəti barədə protokol tərtib edilib

Sumqayıt İcra Hakimiyyəti barədə protokol tərtib edilib

Aktual

25 Sentyabr 2024, 15:30

Sumqayıt Şəhər İcra Hakimiyyəti cərimə edilə bilər.

 

Modern.az-ın məlumatına görə, icra hakimiyyəti barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

İşə Sumqayıt şəhər Məhkəməsində hakim Samir İsmayılovun sədrliyi ilə baxılacaq.

 

Protokol təsdiq edilərsə, icra hakimiyyəti üç yüz manat məbləğində cərimə ediləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI