Modern.az

Çempionlar Liqasında daha 8 oyun

Çempionlar Liqasında daha 8 oyun

11 Dekabr 2013, 13:45

Bu gün UEFA Çempionlar Liqasında digər qrupların (E, F, G və H) sonuncu turun oyunlarına yekun vurulacaq. Maraqla gözlənilən oyunlardan F qrupunda qarşılaşan “Arsenal”-“Napoli” və “Marsel”-“Barussiya D” duelidir. “Napoli” və “Barussiya D” komandalarının aktivində 9 xal olduğundan onların oyunları maraqla gözlənilir.
Digər qrupda maraq kəsb edən oyunlardan E qrupunda oynanılan “Şalke”-“Bazel” qarşılaşmasıdır. “Çelsi”-“Styuau”ya qalib gələcəyi halda növbəti tura vəsiqə əldə edəcək. “Şalke” və “Bazel”in taleyi öz əllərindədir.

Modern.az bu axşamkı qarşılaşmaları  sizlərə təqdim edir:

E qrupu:

“Çelsi”-“Styuau”
“Şalke”-“Bazel”

F qrupu:

“Arsenal”-“Napoli”
“Marsel”-“Borussiya D”

G qrupu:

“Atletiko Madrid”-“Portu”
“Avstriya Vyana”-“Zenit”

H qrupu:

 “Barselona”-“Seltik”
“Milan”-“Ayaks”

Xatırladaq ki, baş tutacaq bütün oyunlar Bakı vaxtı ilə 23:45-də keçiriləcək.

Rafiq Qənbərov

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK