Türkiyənin sabiq baş naziri və XİN başçısı, hazırda müxalif Gələcək Partiyasının sədri olan Ahmet Davutoğlu DEVA Partiyası ilə birləşmə ilə bağlı apardıqları danışıqlarla əlaqədar açıqlama verib.
Modern.az xəbər verir ki, "Halk TV"də İsmail Küçükkayanın təqdim etdiyi “Yeni Bir Sabah” verilişinə qonaq olan siyasətçi partiyasının “hər cür fədakarlığa hazır olduğunu, lakin DEVA-nın birliyə hazır olmadığını” söyləyib.
Davutoğlu birləşmə ilə bağlı təkliflə çıxış etdiyini belə izah edib: "Mən bir təklif etdim ki, Gələcək Partiyası olaraq qalırıqsa, sədr Babacan olsun, DEVA Partiyası olacağıqsa,sədr Davutoğlu olmalıdır”.
"Mövqeyimiz belədir ki, birləşmə də daxil olmaqla, AKP-CHP qütbləşməsinə qarşı parlamentdə sağ mərkəz ehtiyacını qarşıladığı müddətcə hər varianta "hə" deyirik", - o qeyd edib.