Modern.az

Artıq "ChatGPT"də səs funksiyası ƏLÇATANDIR

Artıq "ChatGPT"də səs funksiyası ƏLÇATANDIR

25 Sentyabr 2024, 17:44

"OpenAI" "ChatGPT Plus" abunəçiləri və biznes istifadəçiləri üçünsəs xüsusiyyətlərini yayımlayıb.

 

Modern.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Enterprise" və "Edu" tariflərinin istifadəçiləri gələn həftə bu funksiyadan istifadə etməyə başlayacaqlar.

 

İstifadəçilərin yazılı və vizual sorğularına səslə cavab verə bilən xüsusiyyət ilk dəfə may ayında təqdim edilib. Bununla belə, bəzi təhlükəsizlik problemləri aşkar edildiyi üçün şirkət buraxılışı bir neçə ay təxirə salmaq qərarına gəlib.Artıq iyul ayında funksiya məhdud sayda "ChatGPT Plus" müştəriləri üçün əlçatan idi.

 

"OpenAI" yeni funksiyanın bir hissəsi olaraq daha 5 fərqli səs əlavə edəcəyini və səslərin ümumi sayını 9-a çatdıracağını açıqlayıb. Səs köməkçisi digər insanların nitqini təqlid edə bilməyəcək və saxtakarlıq yarada bilməyəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı