Modern.az

"Qənirə Paşayeva ilə son görüşümüz Şuşada olmuşdu" - Polad Bülbüloğlu

"Qənirə Paşayeva ilə son görüşümüz Şuşada olmuşdu" - Polad Bülbüloğlu

Mədəniyyət

25 Sentyabr 2024, 18:14

"Qənirə Paşayevanın istedadı, insanlara qarşı münasibəti o gənc qızda görünürdü. Onun vətəninə, xalqına sevgisi ömrünün böyük hissəsi idi".

 

Modern.az xəbər verir ki, bunu "Qənirə Paşayevaya-İTHAF" adlı bədii sərginin açılış mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu deyib. 

 

Onun sözlərinə görə, Qənirə Paşayeva münasibətində mədəniyyətə və yaradıcı insanlara çox böyük diqqət göstərirdi:

 

"Qənirə Paşayeva ilə son görüşümüz Şuşada olmuşdu. Bülbülün xatirəsinə həsr edilən konsertə gələn Qənirə xanım Bakıdan xüsusilə bu tədbirdə iştirak etmək üçün gəldiyini bildirmişdi".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər