Qənirə Paşayeva cismani cəhətdən bizdən ayrı olsa da, ruhən hər zaman bizimlə birlikdə olub.
Modern.az xəbər verir ki, bu barədə Qənirə Paşayevaya-İTHAF" adlı bədii sərginin açılış mərasimində professor Qəzənfər Paşayev deyib.
Onun sözlərinə görə, Qənirə xanımın xalq uğrunda çəkdiyi əziyyəti hədər getməyib:
"Bu gün həm təəssüflənir, həm də sevinirik. Sevinirik ki, qızımızın əməyi qiymətləndirilir".
O bildirib ki, Qənirə xanım Misir haqqında kitab yazıb:
"Müsəlman aləmində 4 məzhəb var. Qənirə xanım ilk olaraq Misirdə o məscidə getdi ki, bütün məzhəblərə birlikdə dərs deyilir. Mən onunla danışanda əldə etdiyim məlumatları günlərlə kitabxanada əldə edə bilməzdim. Mən hər yerdə böyük məhəbbətlə demişəm ki, qardaşım qızıdır".