Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Səmərqənddə Çinin maliyyə naziri Lan Foanı qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə "Kun" məlumat yayıb.
“Maliyyə naziri Çin Xalq Respublikasının Sədri Si Cinpinin səmimi salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb”, - məlumatda deyilir.
Özbəkistan və Çin arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi, o cümlədən yüksək səviyyəli sazişlər çərçivəsində çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Çinin aparıcı bank və maliyyə institutları ilə əməkdaşlığın gücləndirilməsinə, eləcə də əsas investisiya layihələrinin dəstəklənməsinə və təşviqinə xüsusi diqqət yetirilib.