Modern.az xəbər verir ki, mobil operator 2013-cü ildə əldə etdiyi nailiyyətlər barədə məlumatı media nümayəndələri ilə bölüşüb.
Qeyri-rəsmi müstəvidə keçirilən və artıq xoş bir ənənəyə çevrilən görüş “Azerfon” şirkətinin 2013-cü ildə əldə etdiyi nailiyyətlərə həsr olunub və ölkənin ən tanınmış jurnalistləri ilə bu barədə geniş fikir mübadiləsi aparılıb. “Fairmont Baku” otelində keçirilən Mətbuat klubunu giriş sözü ilə açan “Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət şöbəsinin rəhbəri Nigar Arpadarai “Nar Mobile” mobil operatorunun geniş sponsorluq fəaliyyətindən, milli mədəniyyət və kinonun inkişafına, eləcə də təhsil və maarifləndirmə layihələrinə verdiyi böyük dəstəkdən söhbət açıb.
Daha sonra İnsan resursları departamentinin direktoru Mətanət Babayeva “Azerfon” şirkətinin kadr siyasətindən bəhs edən təqdimatla çıxış edib. O, insan resursları strategiyası və bu sahədəki prioritetlərdən danışaraq “Azerfon” şirkətinin əla iş yeri kimi tanınması özəlliyinin mahiyyətini açıqlayıb. “Azerfon” şirkətinin HR-direktorunun bu təqdimatı sayəsində jurnalistlər kifayət qədər dəyərli informasiya əldə ediblər. Sərbəst ünsiyyət xarakteri daşıyan bu görüş istirahət zəminində keçib, “Nar Mobile” mobil operatorunun uğurlu kadr siyasəti barədə bir çox maraqlı faktlar öyrənən media nümayəndələri üçün olduqca səmərəli olub.
Modern.az