
“Bu aralar həqiqətən də çox pisəm
. Özümü qəti yaxşı hiss etmirəm“. Bunu
Modern.az-a açıqlamasında tanınmış şair-rəssam Adil Mirseyid bildirib. Şair səhhətinin ağırlaşması barədə mediada gedən xəbərləri təsdiqləyib. Qara ciyər serrozundan əziyyət çəkən Adil Mirseyid uzun müddətdir ki, mütəmadi həkim nəzarəti altındadır. Havaların soyuması isə xəstəliyini daha da şiddətləndirib.
“Özümü qəti yaxşı hiss etmirəm. Həkimsiz olmur, elə mən də onların nəzarəti altındayam. Amma evdəyəm. Xəstəxanaya deyilən vaxtlarda baş çəkirəm”.
Elmin Nuri