Modern.az

Eldar Sabiroğlu: “YAP-a qayıdıb, siyasətlə məşğul olacağımı zaman göstərəcək” - AÇIQLAMA

Eldar Sabiroğlu: “YAP-a qayıdıb, siyasətlə məşğul olacağımı zaman göstərəcək” - AÇIQLAMA

11 Dekabr 2013, 15:46

“Ölkədə tanınmamda və aktiv siyasi fəaliyyət göstərməyimdə YAP-ın müstəsna rolu var”

“Yeni Azərbyacan Partiyasının  sıralarına qayıdıb, siyasi fəaliyyətlə məşğul olub-olmayacağımı zaman göstərəcək”. Bu sözləri Modern.az saytına açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu bildirib.

Onun sözlərinə görə, gələck planları barədə hələ qərar qəbul etməyib. “İndidən gələcək planlar haqqında bir qərar qəbul etməmişəm, ona görə də konkret bir söz deyə bilmirəm. Bir qədər istirahət etmək istəyirım, ondan sonra baxarıq” deyə vurğulayıb.

E.Sabiroğlu vurğulayıb ki, uzun illər siyasi fəaliyyətlə məşğul olub və bu məsələdə YAP-ın ciddi rolu var.

““Necə illər YAP-ın üzvü kimi siyasi fəaliyyətlə məşğul olmuşam. Ölkədə tanınmamda və aktiv siyasi fəaliyyətimin həyata keçməsində YAP-ın müstəsna rolu var. O partiyanın mənim üzərimdə olan yaxşılıqlarını unutmaq çox çətindir”.

Qeyd edək ki, bu gün müdafiə naziri Zakir Həsənov Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlunun ordu sıralarından təxris olunması ilə bağlı əmr imzalayıb

Eldar Sabiroğlu 90-cı illərdə YAP-ın tanınmış simalarından olub. Partiyanın təşkilat şöbəsinə rəhbərlik edən E.Sabiroğlu YAP-ın 1999-cu ildə keçirilən qurultayında Siyasi Şuranın üzvü seçilib. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. 2000-ci illərin əvəvlərində YAP daxilində baş verən mübahisələr nəticəsində E.Sabiroğlu partiya işlərindən uzaqlaşıb. Bir müddət işsiz qaldıqdan sonra 2007-ci ildən Müdafiə Naziriyinin mətbuat xidmətinə rəhbər təyin olunub. Bu təyinat o zaman ictimai-siyasi arenada maraq və təəccüblə qarşılanmışdı.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi