Modern.az

Mirzoyan Fransanın yeni XİN başçısı ilə regionu müzakirə etdi

Mirzoyan Fransanın yeni XİN başçısı ilə regionu müzakirə etdi

Dünya

26 Sentyabr 2024, 11:40

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Fransa Respublikasının yeni təyin olunmuş Avropa və Xarici İşlər naziri Jan-Noel Barot ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
 

Görüşdə Ermənistan və Fransa arasında əməkdaşlıq gündəliyinə dair bir sıra məsələlərə toxunulub. İkitərəfli münasibətlər, Ermənistan-Avropa İttifaqı arasında yeni tərəfdaşlıq gündəliyi, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi