İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov yaxın günlərdə Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, ömürlük həbsə məhkum edilmiş Hacı Məmmədova baş çəkəcək.
Komitə sədri Modern.az-a bildirib ki, ilin sonu ilə bağlı illik hesabat hazırlayır.
“Amma hesabatı bitirən kimi yaxın günlərdə Hacı Məmmədova baş çəkəcəyəm. Onunla görüşəndə səhhəti və onu narahat edən digər məsələlərlə maraqlanacağam”.
Xatırladaq ki, keçmiş polis polkovniki Hacı Məmmədov adam oğurluqları və qətllərdə təqsirləndirilib. O, 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı zamanı həbs olunub. Hazırda MTN-in təcridxanasında saxlanılır.
Gültəkin ƏLƏSGƏR