Modern.az

Məktəbli əməliyyatdan sonra VƏFAT ETDİ

Məktəbli əməliyyatdan sonra VƏFAT ETDİ

Hadisə

26 Sentyabr 2024, 15:24

Xəbər verdiyimiz kimi, Lənkəran rayon Separadi kənd məktəbinin şagirdi Sevinc Əzimzadə vəfat edib.


TƏBİB-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 24.09.2024-cü il tarixində saat 20:45-də Lənkəran rayon Separadi kənd sakini 2015-ci il təvəllüdlü şəxs (qadın cinsli) dəqiqləşdirilməmiş qanaxma, hemoragik şok, əməliyyatdan sonrakı vəziyyət diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə daxil olub.

 

"Xəstəyə zəruri ilkin tibbi yardım göstərilib, laborator analizlər götürülüb və vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə köçürülüb. Aparılan bütün reanimasyon tədbirlərə baxmayaraq, 25.09.2024-cü il tarixində saat 08:00 radələrində xəstənin ölüm faktı qeydə alınıb", - qurumdan bildirilib.

 

***

12:44

 

Lənkəran məktəblisi vəfat edib.

 

Modern.az-ın məlumatına görə, rayonun Separadi kənd məktəbinin  şagirdi Sevinc Əzimzadə dünyasını dəyişib.

 

Şagird məktəbin 4-cü sinfində təhsil alırdı. Onun cərrahi əməliyyatdan sonra dünyasını dəyişdiyi bildirilir.

 

Məlumatı bundan əvvəl "qafqazinfo" yayıb. Bildirilir ki, sentyabrın 15-i Lənkəranın Separadi kənd sakini, 2015-ci il təvəllüdlü Sevinc Elman qızı Əzimzadə Bakıda yerləşən 2 saylı Uşaq Xəstəxanasında boğaz nahiyəsindən cərrahi əməliyyat olunub. Bir gün sonra isə evə buraxılıb. Sentyabrın 25-i saat 09 radələrində azyaşlı qanaxma səbəbi ilə rayon Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Lakin az sonra o vəfat edib.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU