Modern.az

Eks-prezident müxalifətə QOŞULDU

Eks-prezident müxalifətə QOŞULDU

Dünya

26 Sentyabr 2024, 14:24

Gürcüstanın sabiq prezidenti Georgi Marqvelaşvili “Güclü Gürcüstan” (“Lelo” + “Xalq naminə” + “Azadlıq meydanı” + “Vətəndaşlar”) seçkiqabağı müxalifət koalisiyasına qoşulub.

 

Modern.az xəbər verir ki, bu barədə Lelo lideri Mamuka Xazaradze Qori əhalisi ilə görüşündə bildirib.

 

Georgi Marqvelaşvilinin 55 yaşı var. O, 2013-cü ilin noyabrından 2018-ci ilin dekabrına kimi Gürcüstanın prezidenti olub. İndiki dövlət başçısı Salome Zurabişvili kimi o da hakim “Gürcü arzusu” partiyasının dəstəyi sayəsində seçkilərdə qalib gəlib və Zurabişvilinin misalında olduğu kimi, Marqvelaşvili ilə iqtidar partiyası arasında münasibətlər getdikcə pisləşib.

 

Marqvelaşvili ilk vetodan 2014-cü ilin noyabrında, vəzifəyə gəldikdən bir il sonra istifadə edib. 5 illik hakimiyyətinin sonunda Marqvelaşvili hakim partiyanın əsas rəqiblərindən biri olub. O, şəxsi həyatına dair görüntülərin yayılmasından sonra dediyi “mənim cinsi həyatım olub, var və olacaq və bundan utanmıram” ifadəsi məşhurdur.

 

Gürcüstan mətbuatı yazır ki, Maka Çiçua ilə evlənən və Temo və Toma adlı iki oğul atası olan Marqvelaşvili şəhərin səs-küyünü sevmir və tez-tez Duşetidəki bağ evində ailəsi ilə birlikdə istirahət edir. Burada onun kartof və qoz-fındıq ağacları əkdiyi məlumdur. Keçmiş prezidentin hobbilərindən toxuma və hərbi marşlara qulaq asmağı xoşlaması da bilinir.

 

Prezidentlik müddətini başa vurduqdan sonra Marqvelaşvili müəllimliyə qayıdıb. O, “siyasət” mövzusunda mühazirələr kursu oxuyur. 2020-ci il parlament seçkiləri öncəsi Marqvelaşvili aktiv siyasətə qayıdacağına söz versə də, bu baş tutmayıb. Bu yaxınlarda Marqvelaşvili “Gürcü arzusu”nu xarici siyasət kursunu dəyişdiyinə görə kəskin tənqid edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi