Modern.az

Yarım milyard manata qədər kreditin ödənilməsində problemlər var

Yarım milyard manata qədər kreditin ödənilməsində problemlər var

İqtisadiyyat

26 Sentyabr 2024, 14:40

Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 473,1 milyon manat təşkil edib.

Modern.az   Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 4,3 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 7,8 % artıb, son 1 ildə isə 11,45 % azalıb.

Sentyabrın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət avqustun 1-nə də 1,7 %, ilin əvvəlinə 1,8 %, ötən il sentyabrın 1-nə isə 2,4 % olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI