Modern.az

Aqrar Kredit və İnkişaf Agentliyində yeni sədr TƏYİNATI

Aqrar Kredit və İnkişaf Agentliyində yeni sədr TƏYİNATI

İqtisadiyyat

26 Sentyabr 2024, 16:16

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Kredit və İnkişaf Agentliyinə İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

Modern.az-ın məlumatına görə, Yalçın Camalov İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. O bu vəzifədə Seymur Mövlayevi əvəz edib.

Yalçın Camalov özəl və dövlət sektorunda 15 ildən artıq təcrübəyə malik peşəkar rəhbərdir.  Ali təhsilini Türkiyədə Qazi Universitetinin iqtisadiyyat və idarəetmə ixtisası üzrə alıb, ABŞ-ın Yale Universitetinin İdarəçilik Məktəbinin “Sürətləndirilmiş Menecment” və MIT-nin Data, İqtisadiyyat və Proqramlarının Dizayn olunması “MicroMasters” proqramının məzunudur.  Layihələrin İdarəolunması İnstitunun Layihə idarəçiliyi üzrə peşəkar (PMP) beynəlxalq sertifikatın sahibidir.

Yalçın Camalov  İqtisadiyyat Nazirliyinin Əmlak komitəsində aparıcı mütəxəssis, Vest Consulting MMC-də Baş Menecer, Detal Aluminium MMC-də İcraçı Direktor vəzifələrində çalışmışdır. Karyerasını Əmlak Məsələləri Dövlət Komitəsində İnvestisiyaların cəlb edilməsi departamentinin direktoru vəzifəsində davam etdirən Yalçın Camalovun son iş yeri Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasında Dövlət Nəzarəti Məsələləri şöbəsində monitorinq və təhlil sektorunun müdiri vəzifəsi olub.

İngilis və rus dillərini bilir. Ailəlidir, 2 övladı var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI